www.science.az
13.03.2019 16:04

“Cəfər Cabbarlı – 120 illik yubileyi, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçiriləcək

Martın 15-də saat 14:00-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120 illik yubileyi, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

Tədbir çərçivəsində ilk dəfə olaraq böyük dramaturqun Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgi nümayiş olunacaq.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 26

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.