www.science.az
13.03.2019 14:46

Biofizika İnstitutunda “Elm günü”nə həsr olunan elmi seminar keçiriləcək

Martın 14-15-də AMEA Biofizika İnstitutunda “Elm günü”nə həsr olunan elmi seminar keçiriləcək.

Tədbirdə “Molekulyar biofizikanın və molekulyar biokimyanın müasir problemləri və perspektivləri” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Seminarda institutun alim və mütəxəssisləri iştirak edəcəklər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis edilib. Bu il ilk dəfə qeyd olunacaq “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən, “Elm günü” ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.

Ünvan: Bakı ş., Z.Xəlilov küç., 117 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.