Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mikrobologiya İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə gümüş medala layiq görülüb
18.02.2019 15:10
  • A-
  • A
  • A+

Mikrobologiya İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə gümüş medala layiq görülüb

“Sabahın alimləri“ VIII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə ikinci yerə paytaxt məktəblisi Kamil Məhərrəmov layiq görülüb. Layihə AMEA Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri Könül Baxşəliyevanın rəhbərliyi ilə yerinə yetirilib.

Kamil Məhərrəmov bu mükafata “Geniş spektrli göbələk mənşəli biopreparatların alınması” layihəsinə görə layiq görülüb.

“Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin elm müəssisələrində alimlərin rəhbərliyi ilə aparılması şagirdlərin inkişafında mühüm rol oynayacaq. Müsabiqənin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq bacarığı ilə yanaşı, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: