Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yeni nəşr: "Bədii ədəbiyyatda dialektizmlər"
15.02.2019 15:04
  • A-
  • A
  • A+

Yeni nəşr: "Bədii ədəbiyyatda dialektizmlər"

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kubra Quliyevanın “Bədii ədəbiyyatda dialektizmlər” adlı kitabı çap olunub.

Nəşrin redaktoru Xalq şairi Fikrət Qoca və filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva, rəyçiləri professor Məhərrəm Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Güntəkin Binnətova və Qüdsiyyə Qəmbərovadır.

Lüğətdə muxtəlif dialekt və şivə daşıyıcısı olan yazıçı və şairlərin əsərlərindən Azərbaycan ədəbi dilində işlənməyən, yalnız danışıq dilində - dialekt və şivələrdə təsadüf olunan 2200-dən çox söz və ifadə toplanıb.

Kitab dil tarixinin öyrənilməsi, bir sıra qədim söz köklərinin araşdırılması, etimoloji tədqiqat və etimoloji lüğətlərin tərtibi, eləcə də dialektoloji lüğətlərin, dilin leksik bazasının zənginləşdirilməsi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: