Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik Vaqif Fərzəliyev Əfqanıstanın ölkəmizdəki səfiri Xeyrullah Spelanayla görüşüb
15.02.2019 14:15
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyev Əfqanıstanın ölkəmizdəki səfiri Xeyrullah Spelanayla görüşüb

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyev ilə Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay arasında görüş keçirilib.

V.Fərzəliyev görüş zamanı AKİ-nin yaranma tarixi, əsas elmi istiqamətləri, elmi potensialı və əldə etdiyi nailiyyətlər barədə qonağa məlumat verib. Akademik son illər iki dövlət arasında mövcud əlaqələrin daha da genişləndiyini, bugünkü görüşün gələcəkdə elm sahəsində əməkdaşlığın güclənməsinə töhfə verəcəyini bildirib. O, rəhbərlik etdiyi müəssisənin Əfqanıstanın müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

X.Spelanay isə öz növbəsində Əfqanıstanda elm və təhsil sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Əfqanıstan bütün istiqamətlərdə, o cümlədən elm sahəsində Azərbaycan dövləti ilə əlaqələrin gücləndirilməsində maraqlıdır.

Daha sonra görüşdə elm sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: