Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Şagirdlər Hüseyn Cavidin Ev Muzeyinin eksponatları ilə tanış olublar
15.02.2019 12:38
  • A-
  • A
  • A+

Şagirdlər Hüseyn Cavidin Ev Muzeyinin eksponatları ilə tanış olublar

Abşeron rayonu, Məhəmmədli kənd tam orta məktəbinin şagirdləri AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.

Elm və təhsilin inteqrasiyası çərçivəsində baş tutan ziyarətdə şagirdlərə Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış H.Cavidin mənzum faciələri və tarixi dramları, həmçinin Cavidlər ailəsi haqqında məlumat verilib.

Məktəblilər daha sonra muzeydə sərgilənən eksponatlarla tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: