www.science.az
08.02.2019 14:05

Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub

Fevralın 8-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

Alim və mütəxəssislərin iştirak etdikləri açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmə xüsusi önəm verildiyini bildirib, bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bu elm müəssisəsinin Elmi Arxivi və Kitabxanası barədə məlumat verib. "Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir" deyən alim elektron oxu zalının AMEA-da gedən islahatlar fonunda yaradıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, son illərdə institutda arxiv sənədləri və kitabların elektron kataloqu hazırlanıb. Elmi Arxiv və Kitabxanada 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, xəritələr və s. var.

Sonra tədbir iştirakçıları Elmi Arxiv və Kitabxanada yaradılan şəraitlə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.