Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

08.02.2019 09:55
  • A-
  • A
  • A+

Daxili İşlər Nazirliyinin rəsmiləri AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsal prosesi ilə tanış olublar

Daxili İşlər Nazirliyinin rəsmiləri AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsal prosesi ilə tanış olublar

AR Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin Avomobil Təsərrüfatının rəis müavini, polis mayoru Samir Ağayev, idarənin Maliyyə hissə rəisi, polis mayoru Rəşad Əliyev və Avtonəqliyyat şöbəsinin inspektoru, polis leytenantı Elvin Xəlilovdan ibarət nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal prosesi ilə tanış olublar.

Qonaqları YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov, infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini, h.ü.f.d. Məmməd Bağırzadə müşayiət ediblər.

DİN rəsmilərinə Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzinin (SEASM) laboratoriya avadanlıqları, imkanları və göstərilən xidmətləri barədə məlumat verilib, qonalqarın sualları cavablandırılıb.

Bundan əlavə, "AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin, o cümlədən İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə akademiya arasında yaradılmış “Millers Oils Azerbaijan”ın istehsal sahəsi ilə tanış olub, hazır məhsul anbarında toplanılmış mallara baxış keçiriblər.

Qonaqlar Daxili İşlər Nazirliyinin nəzdində mövcud avtomobillərin istifadə etdikləri mühərrik yağlarına olan tələbatı ödəmək, o cümlədən idxaldan asılılığı azaltmaq üçün YT Park tərəfindən istehsal olunan müxtəlif çeşidli və üstün keyfiyyətli məhsulların alınması ilə bağlı əməkdaşlığın qurulmasının zəruriliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: