Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kommersiyalaşan innovativ layihələrin pay bölgüsünə dair müzakirələr aparılıb
22.01.2019 10:12
  • A-
  • A
  • A+

Kommersiyalaşan innovativ layihələrin pay bölgüsünə dair müzakirələr aparılıb

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) kommersiyalaşan layihələrin bölgüsünə dair sənəd layihəsinin hazırlanması ilə bağlı iclas keçirilib.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovun sədrliyi ilə keçirilən iclasda innovativ layihələrin kommersiyalaşdırılması mərhələləri müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

İclasda AMEA Rəyasət Heyətinin elmi katibi Rəna Hüseynova və YT Parkın Patent, Sertifikatlaşdırma, Marketinq və Biznes İnkubasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.

Sonda kommersiyalaşan innovativ layihələrdən əldə edilən gəlir bölgüsü ilə bağlı qərar layihəsinin hazırlanması və müzakirəyə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: