Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanada 2000 nüsxə sənəd sərgilənir
11.01.2019 14:22
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada 2000 nüsxə sənəd sərgilənir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda 2000 nüsxə sənəd nümayiş etdirilir. Sözügedən sənədlərdən 500-ü gündəlik yenilənir, digərlərinin kataloq siyahısı isə salondakı elekton tabloda oxucuya təqdim olunur.

2019-cu ildə Sərgi salonuna artıq 127 adda sənəd daxil olub. Bu sənədlərə Milli Rəqəmsal Yaddaş siyahısına daxil edilmiş “Xəlil Rza Ulutürkün poetikası” (müəllif Əlizadə Əsgərli), “Azərbaycançılıq” (müəllif Nizaməddin Şəmsizadə), iki cildlik “Azərbaycan Ordusunun tarixi” (müəllif Mehman Süleymanov) və başqa əsərlər daxildir. 

Qeyd edək ki, hazırda Sərgi salonunda 20 Yanvar faciəsi və şəhidlərimizin xatirəsinə həsr olunan yeni sənədlər hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: