Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
03.01.2019 09:30
  • A-
  • A
  • A+

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov dan aldığımız məlumata görə, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: