Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2018 09:09
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı dinlənilib

Şəki Regional Elmi Mərkəzinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı dinlənilib

AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) illik ümumi yığıncağı keçirilib.

Tədbirdə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək AMEA Rəyasət Heyətinin 23 noyabr 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat verib. O, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən imzalanmış sənədin elmi idarəetmənin səmərəli təşkili, işçilərin işə davamiyyətinə, əmək və icra intizamına nəzarətin gücləndirilməsi və iş vaxtının uçotunun aparılmasının təmin olunması məqsədi daşıdığını deyərək, bu istiqamətdə nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Sonra mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov ŞREM-in 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə ətraflı məlumat verib. Alim mərkəzin fəaliyyətinin fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətləri üzərində qurulduğunu bildirib. 

Tədbirdə ayrı-ayrı şöbələr üzrə əldə olunmuş elmi nəticələr müzakirə edilib, alınmış mühüm nəticələrin ŞREM-nın illik hesabatına daxil edilməsi qərara alınıb. Həmçinin bu qurumun Həmkarlar Təşkilatının sədri C.Məmmədovun illik hesabatı dinlənilib. C.Məmmədov il ərzində yerinə yetirilən mədəni-kütləvi tədbirlər, təşkilatı fəaliyyət, eyni zamanda, ŞREM-in strukturuna daxil olan təsərrüfat sahələrində görülən işlərlə bağlı ətraflı məlumat verib.

Yığıncaqda ŞREM-in təşkilatı fəaliyyəti müzakirə olunub, beynəlxalq və ölkə üzrə AMEA-nın strukturuna daxil olan digər təşkilatlarla bağlanmış birgə elmi-texniki fəaliyyətə dair müqavilələrdə nəzərdə tutulmuş işlərin hesabatlarının hazırlanması şöbə rəhbərlərinə həvalə olunub.

Sonda illik fəaliyyətin qənaətbəxş olunmasına dair yekun qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: