Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Neft və geoekologiya" mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçiriləcək
29.11.2018 15:48
  • A-
  • A
  • A+

"Neft və geoekologiya" mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçiriləcək

AMEA Neft və Qaz İnstitutunun "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş I beynəlxalq məktəb-seminar “Neft və geoekologiya” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş Gənc alim və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) qalibi olub.

3-5 dekabr 2018-ci il tarixlərində Neft və Qaz İnstitutu tərəfindən qalib layihəyə əsasən "Neft və geoekologiya" mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçiriləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan beynəlxalq tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, Almaniya, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislərin iştirakı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: