Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fiziologiya İnstitutunda yararsız kağızların toplanması üzrə növbəti aksiya keçirilib
29.11.2018 12:43
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda yararsız kağızların toplanması üzrə növbəti aksiya keçirilib

AMEA-nın Fiziologiya İnstitutunda kağızdan qeyri-rasional istifadə olunması, onun emal edilməsi problemlərinə və respublikanın meşə sərvətinin qorunmasına diqqətin cəlb edilməsi məqsədilə makulaturanın (yararsız kağız) toplanması üzrə aksiyanın növbəti mərhələsi həyata keçirilib.

10 ay müddətində institut əməkdaşları tərəfindən müəssisənin ərazisində təşkil edilmiş məntəqəyə 1,5 ton makulatura təhvil verilib.

Qeyd edək ki, 1 ton makulaturanın emal edilməsi oduncaqdan istifadə olunması ilə müqayisədə 20 min litr suya, 1000 kilovatt elektrik enerjisinə qənaət edilməsinə və 1700 kq karbon qazının atmosferə tullanmasının qarşısının alınmasına kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: