Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın fəxri üzvü Boris Patonun 100 yaşı tamam olur
26.11.2018 14:36
  • A-
  • A
  • A+

AMEA-nın fəxri üzvü Boris Patonun 100 yaşı tamam olur

Noyabrın 27-də görkəmli elm xadimi, AMEA-nın fəxri üzvü, Ukrayna Milli Elmlər Akademiyasının  prezidenti, akademik Paton Boris Yevgenyeviçin anadan olmasından 100 il ötür.

B.Paton 1918-ci il no­yabrın 27-də Ukraynanın Kiyev şəhərində ana­dan olub. 1941-ci ildə Kiyev Sənaye İnstitutunu elektro­tex­ni­ka ixtisası üzrə bitirdikdən son­ra, Qorki şəhərində “Krasnoye Sormovo” zavodu­nun Elektrotexnika laboratoriya­sında mühən­dis işləməyə başlayıb, 1942-ci ildə Nijni Taqildəki Ural vaqon zavo­dunda fəaliyyət göstərən Elektrik-Qaynaq İnsti­tutunda fəaliyyətini davam etdirib.

Alimin elmi fəaliyyətinin əsas istiqamətləri flyus altında avtomatik və yarımavtomatik qaynağın aparılması, qövs şəkilli avtomatik qaynağın təd­qiqi, qövs şəkilli qaynaq üçün avtomat, qaynaq robotlarının, kibernetik qurğu­ların yaradılması və yeni metal maddələrin alınması ilə bağlıdır. O, dəyişən cərəyan mənbəli ilk portativ qaynaq avtomatının, qoruyucu qaz mü­hitində qay­naq üçün yarımavtomatların müəlliflərindən, dünya elm və sənayesində metal qaynağı və elektrometallurgiya sahəsi üzrə ən böyük mütəxəssislərdən biridir. 

Onun rəhbərliyi altında qaynaq transformatorlarının tədqiqi və yara­dıl­ması sahəsində tədqiqatlar aparılıb, güclü avtomat qurğular yaradılıb, flyus altın­da yüksək məhsuldar avtomatik qaynaq prosesi tədqiq edilib, qaynaq metal­lurgiyası nəzəriyyəsinin əsasları qoyulub. Müx­təlif fəza vəziyyətlərində yerləşən qovşaqların flyus altında qövs qay­nağı pro­se­sinin işlənməsi tikinti meydanlarında qaynaq işlə­rinin av­to­matlaş­dı­rılma­sına imkan verib, boru kəmərlərinin, körpülərin, gəmi göv­də­lərinin qay­na­ğının və s. iri proseslərin avtomatlaşdırılmasına im­kan yaradıb. Alim, həmçinin tozvari məftillə qay­naq, elektroşlak qaynağı, aşağı toksik­liyə malik elektrodla qaynaq, su altında qaynaq, lazer şüası ilə qaynaq və s. sahələrdə pioner işlərin müəllifidir.

Böyük elm təşkilatçısı 1943-cü ildə yeni texnologiyanın tətbiqinə görə “Qırmızı Əmək Bay­rağı” or­deni ilə təltif olunub. 1994-cü ildən indiyə kimi Elmlər Akade­miyalarının Beynəlxalq Assosiasiyasının prezidentidir. İki dəfə Sosialist Əməyi Qəhrəmanı, həmçinin M.V.Lomonosov, S.P.Korolyov, Yan Çoxralski adına qızıl me­dallarla təltif edilib, SSRİ Nazirlər Kabinetinin, Ukrayna SSR Nazir­lər Kabinetinin, “Triumf”, “Qlobal Enerji” və başqa mükafatlara layiq görülüb. Alimin kəşfləri bu gün təkcə fizika sahəsində deyil, həm də tibb sahəsində tətbiq olunur. O, 20 monoqrafiya, 400-dən artıq ixtira və 1000-dən artıq elmi əsərin müəllifidir.

Qeyd edək ki, B.Paton 2002-ci il mayın 22-də AMEA-nın fəxri (xarici) üzvü seçilib.

Dünya elminə mühüm töhfələr verən, zəngin elmi yaradıcılığa malik görkəmli alimi 100 illik yubileyi münasibətilə təbrik edir, ona həyatın ən şirin neməti olan can sağlığı arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: