Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlığa başlayır
22.11.2018 15:58
  • A-
  • A
  • A+

Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlığa başlayır

Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Cihan Özdemir AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Qonaq kitabxananın sərgi salonu, diplomatik, nadir kitab fondları və digər bölmələrinin fəaliyyəti ilə tanış olub.

Kitabxana ilə tanışlıqdan məmnunluğunu bildirən C.Özdemir Yunus Əmrə İnstitutunun Bakıdakı fəaliyyətindən bəhs edib və gələcəkdə MEK ilə birgə müxtəlif tədbir, sərgi və beynəlxalq konfransların keçirilməsinin mümkünlüyünü söyləyib.

MEK-in direktoru, t.e.ü.f.d. Leyla İmanova kitabxananın tarixi, fəaliyyəti, görülən işlər, reallaşdırılan layihə və tədbirlər, aksiyalar barədə məlumat verib. O, C.Özdemirin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sənədlərin xüsusi incəsənət növü hesab edilən miniatürlər kolleksiyasının MEK-də sərgisinin keçirilməsi təklifini yüksək qiymətləndirib, Azərbaycan və Türkiyə mədəniyyətlərinin təbliğinə xidmət edən tədbirlərin təşkil olunmasına kitabxananın dəstək verəcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: