AMEA Fizika İnstitutunun bir qrup gənc mütəxxəsisi İtaliyanın Milli Tədqiqat Şurasının (CNR) Elektronika və Maqnetizm üçün Materiallar İnstitutunda (İMEM) bir həftəlik ezamiyyətdə olublar.
Səfərdə məqsəd AMEA ilə CNR-in saziş və əməkdaşlıq proqramına əsasən 2017-2018-ci illər üçün müsabiqədə qalib olmuş “Çeviricili Ge/Si əsaslı sensorlar və germnium və karbon nanostrukturları əsasında partlayıcı detektorlar“, eyni zamanda, NATO-nun Sülh və Əməkdaşlıq naminə Elm Proqramının “İnsan iştirakı olmadan partlayıcı aşkar etmək üçün portativ sensorlar“ adlı layihələr çərçivəsində elmi tədqiqat işlərinin aparılması və seminarda müzakirəsi olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.