Bu il aprel ayının 18-də akademiyanın Əsas binasının Dairəvi zalında AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan Ümumi yığıncağı keçiriləcək.
Tədbirdə ötən il əldə olunmuş nailiyyətlərə dair hesabat dinləniləcək, qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq. AMEA-nın elmi müəssisələrinin nailiyyətləri ilə əlaqədar sərgi təşkil olunacaq və bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcəkdir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AR Milli Məclisinin nümayəndələri, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan digər məsul şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.