Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutunun əməkdaşı Özbəkistanda elmi ezamiyyətdə olub
31.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunun əməkdaşı Özbəkistanda elmi ezamiyyətdə olub

AMEA Botanika İnstitutunun doktorantı Aynurə Cəfərova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Kür-Araz ovalığının azməhsuldar torpaqlarının bərpası üçün bioloji yanaşmalar” mövzusunda müştərək layihə çərçivəsində Özbəkistanda elmi ezamiyyətdə olub.

Səfər zamanı Özbəkistan Respublikası Elmlər Akademiyasının Bitki və heyvanlar aləmi Genofondu İnstitutunda və Səmərqənd Dövlət Unversitetində Kür-Araz ovalığında şoranlaşma üstünlük təşkil edən torpaqların və bu ərazilərdə yayılan bitki növlərinin kimyəvi tərkibi və strukturu tədqiq edilib.

Layihənin məqsədi Azərbaycanda şoran torpaqların bərpası və heyvandarlığın inkişafı üçün davamlı qida bazasının yaradılması, deqredasiya olunmuş otlaqların yaxşılaşdırılması, aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiq edilməsi və qiymətləndirilməsi idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: