Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elan
20.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elan

AMEA Rəyasət Heyətinin 12 mart 2014-cü il tarixli 9/23 nömrəli qərarı ilə təsdiq edilmişdir.

AMEA Nizamnaməsinin 16-cı bəndinə əsasən, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Azərbaycan Respublikasının vətəndaşları və bir qayda olaraq, AMEA-nın müxbir üzvü olan alimlər AMEA-nın həqiqi üzvü (akademik) seçilirlər.

AMEA Nizamnaməsinin 17-ci bəndinə əsasən, elmin inkişafında mühüm xidmətləri olan, onu qiymətli tədqiqatları ilə zənginləşdirən və Azərbaycan Respublikasının vətəndaşları olan alimlər AMEA-nın müxbir üzvü seçilirlər.

AMEA-nın həqiqi və müxbir üzvlərinə, ali təhsil və elmi müəssisələrə cədvəldə göstərilən ixtisaslar üzrə AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədləri irəli sürmək hüququ verilir. Namizədlər ali məktəblər və elmi müəssisələr tərəfindən irəli sürüldükdə onların seçilməsi gizli səsvermə yolu ilə aparılır. Namizədlərin irəli sürülməsi üçün adi səs çoxluğu kifayətdir.

AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlərin aşağıda qeyd olunan sənədləri (2 nüsxə) bu elan dərc edildiyi gündən etibarən bir ay müddətində AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Təhsil və kadrlar şöbəsinə təqdim edilir:

• AMEA həqiqi və ya müxbir üzvlüyünə namizədin irəli sürülməsi haqqında müvafiq qərar və ya təqdimat

• tərcümeyi-hal

• kadrların uçotu üzrə şəxsi vərəqə

• elmi əsərlərin siyahısı (forma 3.3)

• ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və professor attestatının surətləri

• əsas iş yerindən xasiyyətnamə

• 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.

 

Sənədlər aşağıdakı ünvanda qəbul edilir:

Bakı şəhəri, H.Cavid prospekti, 31, AMEA-nın Əsas binası, Təhsil və kadrlar şöbəsi (101, 102№-li otaqlar).

Tel: 539-30-60, 539-24-72

Qeyd: AMEA-nın həqiqi və müxbir üzvlüyünə 17 fevral 2012-ci il tarixində elan olunmuş seçkilərdə namizədliyi qeydə alınmış şəxslər 20 mart 2014-cü il tarixində elan olunmuş seçkilərdə iştirak etmək istədikləri halda onların namizədliyi müəyyən olunmuş qaydada yenidən irəli sürülə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: