Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.11.2017 19:31
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətə başlamasının 1 ili qeyd olunub

AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətə başlamasının 1 ili qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı (YTP) fəaliyyətə başlamasının bir illiyini qeyd edib.

Tədbirdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək ötən dövr ərzində görülmüş işlər barədə söz açıb. Bildirib ki, elm və biznesin qovuşduğu məkan olan Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə yaradılıb.

V.Babayev rəhbərlik etdiyi qurumun bir il ərzində milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisiya axınını gücləndirmək məqsədilə bir sıra uğurlu layihələr həyata keçirdiyini söyləyib. Alim YT Parkın innovasiya layihələri istiqamətində müvafiq ictimai, özəl və beynəlxalq institutlarla əməkdaşlıq edərək elmin biznesə çevrilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb: "AMEA Yüksək Texnologiyalar Parkı gənclər arasında təşəbbüskarlığı da təşviq edir. Ölkədə gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılmasını və şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərini dəstəkləyir. Bu istiqamətdə gənclər arasında keçirilən bir sıra müsabiqələrin reallaşmasında baş tərəfdaş kimi çıxış edir".

Tədbirdə, həmçinin parkın ərazisində fəaliyyət göstərən yeni rezidentlərə şəhadətnamələr də təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: