AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) akademik-katibi vəzifəsini seçki keçirilənədək AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.
Qeyd edək ki, bölmənin akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Kamal Abdulla icra edirdi. Prezident İlham Əliyevin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə K.Abdulla Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilmişdir. K.Abdulla AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsindən ərizəsi əsasında azad edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.