Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan musiqi tarixi" kitabının II cildinin təqdimatı olacaq
20.09.2017 15:43
  • A-
  • A
  • A+

“Azərbaycan musiqi tarixi" kitabının II cildinin təqdimatı olacaq

Oktyabrın 3-də saat 11:00-da AMEA-nın Əsas binasında görkəmli sənətşünas alim, musiqi mənbəşünaslığının banisi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi" kitabının II cildinin təqdimat mərasimi keçiriləcək.

Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan “Azərbaycanın musiqi tarixi” kitabı akademik Zemfira Səfərovanın layihəsi əsasında və onun elmi redaktorluğu ilə nəşr edilib.

Tədbir çərçivəsində alimin bir sıra kitablarından ibarət sərgi də nümayiş etdiriləcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

 

  • Paylaş: