Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.09.2017 11:18
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Çinin müasir iqtisadi vəziyyəti təhlil edilib

İqtisadiyyat İnstitutunda Çinin müasir iqtisadi vəziyyəti təhlil edilib

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın İqtisadiyyat İnstitutunda olub.

Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqatların aparılması məsələləri müzakirə edilib.

İnstitutun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov qonaqlara sentyabrın 21-də Bakıda keçiriləcək “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” adlı elmi-praktik konfransı barədə ətraflı məlumat verib. O, tədbirin yüksək səviyyədə təşkili üçün hər iki institutun əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını və konfransın materiallarının Çin və Azərbaycanda dərc olunacağını bildirib. Alim Azərbaycan-Çin əlaqələrinə həsr olunan beynəlxalq konfransda iqtisadçı alimlərin məruzələrinin dinləniləcəyini diqqətə çatdırıb.

Görüşdə Çinin iqtisadi təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: