Sentyabrın 13-də saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycan və rus dillərində hazırlanmış “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək.
Tədbir AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.