Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın 70 illiyinə həsr olunmuş “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” sənədli filmi çəkiləcək
28.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın 70 illiyinə həsr olunmuş “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” sənədli filmi çəkiləcək

AMEA Rəyasət Heyəti Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” sənədli filminin çəkilməsinə dair qərar qəbul edib.

Xatırladaq ki, 2015-ci ilin mart ayında AMEA-nın yaradılmasının 70 ili tamam olur. Akademiyanın yubileyini yüksək səviyyədə qeyd etmək məqsədilə AMEA Rəyasət Heyətinin 20 noyabr 2013-cü il tarixli qərarı ilə “AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında AMEA haqqında filmin çəkilməsi də nəzərdə tutulmuşdur.

Sənədli filmin ssenarisinin yazılması və çəkilişinin təmin edilməsi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib. Filmə dair sənədlərin toplanılması, mövcud kinoxronikanın əldə edilib öyrənilməsi, seçilib müəyyənləşdirilməsi və təhlili üçün İşçi qrupu yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: