Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək
06.04.2017 15:12
  • A-
  • A
  • A+

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək

Aprelin 7-də saat 10:30-da AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında XVIII əsrin qüdrətli Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin  anadan olmasının 300 illik yubileyinə həsr olunan “Molla Pənah Vaqif və Azərbaycan realizmi” mövzusunda elmi sessiya keçiriləcək.

Tədbir ölkə Prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təşkil olunacaq.

Elmi sessiyada dahi söz ustasının həyat yolundan söhbət açılacaq, ədibin yaradıcılığı geniş aspektdə təhlil ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: