Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı soyqırımına həsr olunan elmi sessiya keçiriləcək
22.02.2017 12:47
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı soyqırımına həsr olunan elmi sessiya keçiriləcək

Fevral ayının 23-də saat 12:00-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Qara yubiley – Xocalı faciəsinin 25 yaşı” mövzusunda elmi sessiya keçiriləcək.

Tədbirdə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri cinayətlər barədə məlumat veriləcək, bu faciəyə beynəlxalq ictimaiyyətin münasibəti, cinayətkarların cəzalandırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, bu faciədə həlak olan günahsız insanların xatirəsi anılacaq.

Ünvan: Bakı şəhəri,  İstiqlaliyyət küçəsi, 53.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: