Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elmi media” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib
16.02.2017 14:24
  • A-
  • A
  • A+

“Elmi media” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib

AMEA Rəyasət Heyətinin (RH) iclasında RH-nin nəzdində “Elmi media” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi ilə bağlı məsələ müzakirə olunub. Bu barədə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə AMEA-nın mətbu orqanları olan “Elm” qəzeti, “Azərbaycan Milli Elmlər Akade­mi­ya­sı­nın Xəbərlər Məcmuəsi” və “Elm və həyat” jurnallarının çapına lazımi xərclərin ödənilməsi və ehtiyac yarandıqda tirajlarının artırılması məqsədilə AMEA-nın nəzdində sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumun təsis edilməsi zərurətinin yarandığını qeyd edib.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyətinin nəzdində “Elmi media” Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib. Qərarlara əsasən, “Elmi media” Məhdud Məsuliyyətli Cəmiyyəti AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin tabeliyinə verilməsi tövsiyyə olunub. Qurumun direktoru vəzifəsinə Oqtay Fətulla təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: