Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək
14.02.2017 13:00
  • A-
  • A
  • A+

V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

2017-ci il oktyabrın 17-dən 20-dək Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək.

Tədbir ölkə başçısının müvafiq Sərəncamına əsasən AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə təşkil ediləcək.

Beynəlxalq tədbir çərçivəsində sərgilərin, elmi sessiyaların və mədəni proqramların təşkili də planlaşdırılır.

Qeyd edək ki, simpoziumun beynəlxalq tərəfdaşı kimi İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) təşkilatı iştirak edir. Təşkilat 35 ildən çoxdur ki, Şərq xalçalarının Qərb ölkələrində təbliği və öyrənilməsi ilə məşğuldur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: