Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.02.2017 16:37
  • A-
  • A
  • A+

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 4 yeni çay sortu hazırlanıb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 4 yeni çay sortu hazırlanıb

Azərbaycanda çay plantasiyalarının məhsuldarlığının və məhsulun keyfiyyətinin yaxşılaşdırılması, Lənkəran-Astara bölgəsinin özünəməxsus torpaq-iqlim şəraitində çayın yeni sortlarının yaradılması, onların təsərrüfatlara tətbiq edilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Məlumdur ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində bu elmi qurumun direktoru, professor Fərman Quliyevin rəhbərliyi altında çay bitkisinin sort və formalarının toplanması, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması istiqamətində araşdırmalar aparılır.

Bu tədqiqatlar çərçivəsində AMEA Lənkəran Regional Elmi Mərkəzi AR Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialında prof. F.Quliyevin müəllifi olduğu 4 – “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay Çəhrayı” çay sortları Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir.

Gələcəkdə bu sortların artırılaraq təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişaf etdirilməsinə imkan verəcək.

Qeyd edək ki, F.Quliyevin çay, limon, narıngi, portağal, qreypfrut, feyxoa, zeytun, kivi, innab, əncir, badam, nəcib dəfnə və s. kimi subtropik dərman bitkiləri üzərində apardığı elmi-tədqiqat işlərinin nəticələri təsərrüfatda geniş tətbiq edilərək, ali məktəblərin tədris proqramlarına, tədris vəsaitlərinə daxil edilmiş, xarici dillərə tərcümə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: