Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxışlar” mövzusunda respublika seminarı keçiriləcək
22.01.2014 00:00
  • A-
  • A
  • A+

“Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxışlar” mövzusunda respublika seminarı keçiriləcək

 

Yanvarın 25-də saat 11:00-da AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxışlar” mövzusunda respublika seminarı keçiriləcək.

Seminarda “Optimal idarəetmənin riyazi üsulları”, “Yer tipli planetlərdə mühit sıxlığının qanunauyğunluqlarının ümumi elmi əsasları”, “Azərbaycanın radioekoloji problemləri”, “Azərbaycan ərazisinin 2013-cü ildə seysmik xüsusiyyətləri haqqında”, “Yer planetinə komet, asteroid və meteorid təhlükəsi” və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: