Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu keçiriləcək
12.12.2013 00:00
  • A-
  • A
  • A+

Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu keçiriləcək

Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu keçiriləcək. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Qeyd edək ki, cari ildə Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Prezident İlham Əliyev türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Ölkə başçısının bu çağırışı “Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu”nun keçirilməsi üçün zəmin yaratmışdır.

Forumun məqsədi türkdilli dövlətlərdə baş verən sosial-iqtisadi prosesləri təhlil etmək, iqtisadçılar arasında əlaqələri inkişaf etdirmək, onların fəaliyyətini türkdilli dövlətlərin inkişafına istiqamətləndirmək, birgə elmi-strateji araşdırmaları təşkil etməkdir.

Hazırda AMEA İqtisadiyyat İnstitutunda Forumun keçirilməsinə dair Tədbirlər planı hazırlanır.

Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumunun 2014-cü ilin iyun ayında keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: