İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun prezidenti, professor Mansur Hüseyn Sumro Azərbaycana səfəri zamanı AMEA Rəyasət Heyətində, bir sıra institut və təşkilatlarda görüşlər keçirib. Rəyasət Heyətində keçirilən görüş zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu ilə AMEA arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin Genetik Ehtiyatlar, Botanika, Neft-Kimya Prosesləri institutları və Elmi İnnovasiyalar Mərkəzində olan qonaq elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazası ilə yaxından tanış olub.
İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun rəsmi www.eco4science.org saytında prof. M.Sumronun AMEA-da keçirdiyi görüşlərə dair rəsmi bülleten təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir