Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

İslam İnkişaf Bankı 2014-2015-ci illər üzrə Təqaüd Proqramı elan edir
26.12.2013 00:00
  • A-
  • A
  • A+

İslam İnkişaf Bankı 2014-2015-ci illər üzrə Təqaüd Proqramı elan edir

İslam İnkişaf Bankı quruma üzv olan ölkələrin istedadlı gəncləri üçün 2014-2015-ci illər üzrə Təqaüd Proqramı elan edir. Proqram dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsilinin alınması (3 il müddətinə) və doktoranturadan sonrakı tədqiqat işlərinin aparılmasını (6-12 ay müddətinə) nəzərdə tutur.

Təqaüd Proqramında iştirak etmək istəyənlər ərizə formasını 24 yanvar 2014-cü il tarixinədək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı Beynəlxalq Əlaqələr İdarəsinə təqdim etməlidirlər.

Əlavə məlumatı www.isdb.org saytından əldə etmək olar.

Tel: 492-66-51

Mobil: 050 5497404

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: