Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalının müsabiqəsi elan edildi
19.02.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalının müsabiqəsi elan edildi

AMEA Rəyasət Heyətinin 18 fevral 2015-ci il tarixli qərarına əsasən 2015-cil il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilir.

Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanununa əsasən Nizami Gəncəvi adına Qızıl medalla Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli Fərmanın 2-ci bəndinə əsasən Nizami Gəncəvi adına Qızıl medalla təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilmişdir.

Müsabiqə AMEA Rəyasət Heyətinin 18 fevral 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalara” uyğun keçirilir.

Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə, elektron variantı ilə birlikdə) 2015-ci il martın 20-dək AMEA prezidentinin 31 mart 2014-cü il 42 nömrəli sərəncamı ilə yaradılmış Ekspert Komissiyasına (Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında təqdimat(təqdimatda irəli sürülmüş namizədin elmi fəaliyyəti haqqında ümumi məlumat, müsabiqəyə təqdim olunan elmi nailiyyətin elmi-praktiki əhəmiyyəti barədə əsaslandırılmış ətraflı məlumat öz əksini tapmalıdır);

- namizədin elmi əsərlərinin təsdiq olunmuş siyahısı;

- kadr uçotu üzrə şəxsi vərəqə;

- 2 ədəd fotoşəkil (6x9 sm.);

- ali təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- tərcümeyi-hal;

- əlaqə telefonları.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə Nizami Gəncəvi adına Qızıl medala namizəd kimi irəli sürülməsinə yol verilmir.

Əlavə məlumat almaq üçün AMEA Elm və Təhsil İdarəsinə müraciət etmək olar.

Tel.: 492-59-45; e-mail: eti@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: