Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fizika İnstitutunda Azərbaycan-Fransız Universitetinin nümayəndələri ilə görüş keçirilib
08.05.2021 13:24
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Azərbaycan-Fransız Universitetinin nümayəndələri ilə görüş keçirilib

AMEA-nın Fizika İnstitutunda Azərbaycan-Fransız Universitetinin əməkdaşları (UFAZ) ilə görüş keçirilib.

İclasda Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Nazik təbəqəli strukturlar laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, Yarımkeçiricilərdə tarzlıqda olamayan elektron proseslərin fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Oqtay Tağıyev, UFAZ tərəfindən isə UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, təqdimat şöbəsinin rəhbəri Filip Turek, fizika müəllimi Robin Merin və fizika müəllimi Əlihüseyn Dövlətov iştirak ediblər.

Görüş çərçivəsində iki müəssisə arasında əməkdaşlığın yaradılması, Fizika İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Univeriteti arasında memorandumun imzalanması, birgə əməkdaşlıq çərçivəsində ümumi platformanın yaradılması kimi məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: