Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkı elmin kommersiyalaşdırılmasına dəstək verir
07.05.2021 17:09
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkı elmin kommersiyalaşdırılmasına dəstək verir

Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) ölkəmizdə elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılmasında yaxından iştirak edir. Texnoparkın fəaliyyətinin prioritet istiqamətlərindən biri “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”na uyğun olaraq elmi müəssisələr ilə əməkdaşlığı artırmaq və elmin kommersiyalaşmasına dəstək verməkdir.

Bu məqsədlə AMEA institutlarının əməkdaşlarının müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin texnoparkda reallaşdırılması həyata keçirilir. Hazırda bu institutlar sırasında akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri, Torpaqşünaslıq və Aqrokimya, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, Polimer Materialları, Dendrologiya və Botanika institutları yer alıb.

Texnoparkda qeyd olunan institutlarda aparılan tədqiqatların nəticəsi olan müxtəlif motor və sürtkü yağları, polimer, epoksid kompozisiyaları, dərman preparatları, bir çox xəstəliklərin profilaktikası üçün vasitələr, kimyəvi maddələrin alınması üsulları ilə bağlı patent layihələrin həyata keçirilməsinə dəstək göstərilir.

Qeyd edək ki, bu dəstəyin daha da artırılması, AMEA-nın institutlarının patentləşmiş elmi nailiyyətlərinin kommersiyalaşdırılması, marketinq tədqiqatlarının aparılması, biznes planının hazırlanması, texnoloji transferin həyata keçirilməsi, investor və ya tərəfdaşların tapılması məqsədilə YT Parkda sahəvi (elmi bölmə) və ya institutlar üzrə işçi qrupun yaradılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: