Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tehran Mustafayevin “Biobiblioqrafik göstərici”si işıq üzü görüb
07.05.2021 14:18
  • A-
  • A
  • A+

Tehran Mustafayevin “Biobiblioqrafik göstərici”si işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Tehran Mustafayevin “Biobiblioqrafik göstərici”si nəşr olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasının “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında çap olunan “Biobiblioqrafik göstərici” AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 illiyinə həsr olunub.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. İxtisas redaktoru Sevil Zülfüqarova, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçisi Afət Məmmədovadır.

“Biobiblioqrafik göstərici” filologiya elmləri doktoru Tehran Mustafayevin həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri və s. əks etdirir. 128 səhifədən ibarət olan kitab “Elm” nəşriyyatında işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: