Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeydə daha bir eksponat bərpa olunub
03.05.2021 15:38
  • A-
  • A
  • A+

Muzeydə daha bir eksponat bərpa olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVII - XVIII əsrlərə aid qalxan bərpa olunub. 

Muzeyə təhvil verilən zaman qalxanın saxlanma vəziyyəti tam olmadığı və bərpaya ehtiyac olduğu üçün Bərpa laboratoriyasının bərpaçı-rəssamı Əjdər Qafarov tərəfindən eksponata ikinci həyat verilib. Qalxan beş umbonludur, nümayiş və mərasim xarakterli müdafiə silahıdır. Qalxanın üzəri nəbati naxışlarla, qızılı işləmələrlə, oyma naxışlarla bəzədilib. Mərkəzdəki umbonda insan sifətli günəş təsvir olunub. Günəşin kənarlarından qızılla işlənmiş şüalar çıxır. Qalxanın kənarlarındakı nəbati ornamentlər qızıl suyu ilə çəkilib.

Qeyd edək ki, muzeyin Silahlar və Bayraqlar fondunun əsas hissəsini təşkil edən müdafiə silahları Azərbaycanın maddi mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir.

Müəssisədə qorunan müdafiə silahları dövrünə görə yüksək müdafiə texnikası ilə silahlanmış Azərbaycan döyüşçüsünün hərbi səriştəsini nümayiş etdirməklə yanaşı, ölkəmizdə metalişləmə, o cümlədən silahqayırma istehsalının qədim dövrlərdən başlayaraq əsrdən-əsrə püxtələşən inkişaf yolunu izləmək imkanı verir. Muzeyin müxtəlif dövrlərə aid eskpozisiyasında təqdim olunan bu növ silahlar ulularımızın hərb tarixinin şücaət dolu səhifələrinin gənc nəslə çatdırılmasında, onların milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: