Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Nizami Gəncəviyə həsr olunan virtual sərgi təşkil olunub
03.05.2021 14:35
  • A-
  • A
  • A+

Nizami Gəncəviyə həsr olunan virtual sərgi təşkil olunub

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual sərgi təşkil olunub.

Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz xidmətləri var. Bu baxımdan tarixdə onunla eyni sırada dayanacaq ikinci söz və fikir adamı yoxdur. Nizami poeziyası bir daha sübut edir ki, Azərbaycan xalqı əsrlər boyu humanizm ideyalarının daşıyıcısı olub.

“Şərqdən doğan ədəbiyyat günəşi Nizami Gəncəvi – 880” başlıqlı virtual  sərgi görkəmli şairin yaradıcılığına maraq göstərən hər kəs üçün faydalı ola bilər. Burada Nizami Gəncəvinin əsərləri, müdrik kəlamları ilə yanaşı, onun həyat və yaradıcılığından bəhs edən kitablar, mətbuatda dərc olunan məqalələr, tanınmış şəxsiyyətlərin Nizami haqqında söylədiyi fikirlər və başqa materiallar nümayiş olunur.

Sərgi ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: