Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA 2013-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir
26.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA 2013-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyası 2013-cü il AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2013-cü il tarixli sərəncamına müvafiq olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları sənədlərini təqdim edə bilərlər.

Sənəd qəbulu fəlsəfə doktoru hazırlığı üzrə dekabr ayının 20-dək, elmlər doktoru hazırlığı üzrə ilin sonunadək davam edəcək.

Qeyd edək ki, fəlsəfə doktoru hazırlığı üzrə qəbul imtahanları dekabr ayının 25-dən başlanacaq.

Tələb olunan sənədlərin siyahısı və qəbul planı ilə buradan tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: