Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geoloq alimlər çöl tədqiqatları aparıblar
14.04.2021 14:20
  • A-
  • A
  • A+

Geoloq alimlər çöl tədqiqatları aparıblar

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli və Paleofloristika sektorunun müdiri, yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində 2016-cı ilin sentyabr ayından müştərək proqramlar reallaşdıran Azərbaycan-Fransız Universiteti ilə (UFAZ) birgə geoloji çöl-tədqiqat işlərində iştirak ediblər.

Çöl tədqiqatları Bakı-Şamaxı-Çuxuryurd-Dəmirçi-Lahıc-Brovdal-Namazgah-Gəndov-Buynuz-Qalacıq-Vəndam-Bakı marşrutu üzərində yerləşən eosen-təbaşir yaşlı kəsilişlərin və Qızməryəm palçıq vulkanının üzərində aparılıb.

Qeyd edək ki, UFAZ-ın IV kurs tələbə və magistrantlarından ibarət 24 nəfərlik heyətin Geologiya və Geofizika İnstitutunun mütəxəssislərinin rəhbərliyi altında təcrübə qazanmaq məqsədilə həm sözügedən marşrut, həm də Kiçik Qafqaz marşrutu üzrə geofizika və struktur geologiya çöl-tədqiqat işlərində iştirakı nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: