Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimi iqtisadi artım perspektivlərinə həsr olunan beynəlxalq tədbirdə iştirak edib
12.04.2021 12:28
  • A-
  • A
  • A+

Azərbaycan alimi iqtisadi artım perspektivlərinə həsr olunan beynəlxalq tədbirdə iştirak edib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Moskva Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəb”inin Dünya iqtisadiyyatı şöbəsinin, Avrasiya İnkişaf Bankının (AİB) və Avrasiya Stabilizasiya və İnkişaf Fondunun təşkilatçılığı ilə “Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadi artımının ortamüddətli perspektivləri” mövzusunda  keçirilən onlayn beynəlxalq elmi seminarda iştirak edib.

Tədbiri giriş sözü ilə Moskva  Milli Tədqiqat  Universiteti “Ali İqtisad Məktəb”inin Dünya iqtisadiyyatı və  İqlim Dəyişikliyi İqtisadiyyatı üzrə Elm və Tədris şöbəsinin  rəhbəri, i.e.n. İqor Makarov açıb.

Elmi seminarda COVID-19 pandemiyasının yaratdığı böhrandan qaynaqlanan qlobal tendensiyalar (rəqəmsallaşmanın sürətlənməsi, yaşıl iqtisadiyyatın inkişafı və dünya ticarətində proteksionizmin dərinləşməsi və s.), böhrandan sonrakı bərpa çağırışları (rəqəmsal uçurum; işsizlik və təhsil almaq imkanı; əmək məhsuldarlığı artımının yavaşlaması kimi qlobal iqtisadi tendensiyalar (iş aktivliyinin bərpası, aktiv inflyasiyası), Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadiyyatının ortamüddətli inkişaf perspektivləri, Orta Asiya üçün iqtisadi inteqrasiya və perspektivlər mövzusunda məsələlər müzakirə edilib.

Sonra Avrasiya İnkişaf Bankı (AİB) və Avrasiya Stabilizasiya və İnkişaf Fondunun baş iqtisadçısı Yevqeniya Vinokurova  geniş məruzə ilə çıxış edib.

Elmi seminarda müzakirə olunan məsələlərə dair fikirlərini bölüşən dosent Əlövsət Əliyev inkişaf etmiş dövlətlər və Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadi artımı üzrə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib. Dünya iqtisadiyyatının yaşıllaşdırılması və rəqəmsallaşdırılmasında rəqəmsal, İKT əsaslı texnologiyaların əhəmiyyətini önə çəkib.

Ə.Əliyev, həmçinin bilik, elmtutumlu, innovativ iqtisadiyyatdan rəqəmsal iqtisadiyyata keçidin formalaşması mexanizmlərinin işlənilməsindən söz açıb. Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadi artımı üzrə əldə olunan müsbət nəticələrin dünya ölkələri iqtisadiyyatının inkişafına əhəmiyyətli töfhə verə biləcəyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: