Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim Rusiyada keçirilən tədbirdə iştirak edib
05.03.2021 21:10
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiyada keçirilən tədbirdə iştirak edib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun “Riyazi iqtisadiyyat” mövzusunda keçirilən onlayn elmi seminarında iştirak edib.

Elmi seminar akademik Viktor Meeroviç Polteroviç və fizika-riyaziyyat elmləri doktoru, prof. Vladimir İvanoviç Danilov tərəfindən idarə olunub.

Tədbirdə A.V.Leonidovun təqdimatında müəlliflər kollektivinin “Elmi nəticələrin formalaşması prosesinin agent modeli” mövzusunda məruzəsi dinlənilib, çıxış ətrafında müzakirələr aparılıb.

Məruzədə elmi biliklərin formalaşması prosesinin agent modelinin qurulması nümayiş etdirilib. Modeldə elmi qrupların formalaşması və tədqiqatçıların nəşr fəaliyyəti üçün qrant sistemi müddətini təyin edən xüsusiyyətlər ətraflı şəkildə əks olunub. Qrant maliyyələşdirilməsinin strukturundan asılı olaraq nəşr fəaliyyətinin inkişaf ssenariləri nəzərdən keçirilib.

Qeyd olunub ki, model Rusiyada bir neçə elm sahəsindəki tədqiqatçıların yaş qrupları və nəşr fəaliyyətinə dair məlumatlardan istifadə edilərək sınaqdan keçirilib.

Məruzə ətrafında müzakirələrdə iştirak edən dosent Əlövsət Əliyev elmi tədqiqatların səmərəliyində və elmi rəqabət mühitinin formalaşmasında qrant maliyyələşməsi sisteminin əhəmiyyətini önə çəkərək bir çox digər tədqiqatçı parametrlərinin də nəzərə alınmasının vacibliyini qeyd edib.

Seminar iştirakçıları institutlararası beynəlxalq əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: