Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunun əməkdaşlarına peyvənd vurulub
05.03.2021 14:05
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşlarına peyvənd vurulub

AMEA-nın Polimer Materialları İnstitutunda 50 yaş və daha yuxarı yaşlı əməkdaşların könüllülük prinsipi əsasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanılıb.

Müəssisənin əməkdaşlarından peyvənd olunanlar arasında əks-göstəriş halları qeydə alınmayıb. Peyvəndləmə prosesinin ikinci mərhələsi bir müddət sonra baş tutacaq.

Qeyd edək ki, vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: