www.science.az
23.02.2021 14:22

Xocalı faciəsinə həsr olunan virtual sərgi təqdim olunub

Dinc əhaliyə qarşı xüsusi amansızlıqla həyata keçirilən Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Xocalı soyqırımı” adlı virtual sərgi istifadəçilərə təqdim edilib.

Sərgidə “Xocalı yaddaşı”, “Terror: hadisələr, faktlar, sübutlar”, “Xocalı soyqırımı”, “Hocalı katliamı”, “Xocalıda kəsilən başlar”, “Böyüməyən uşaqlar”, “Torpaq qan ağlayır”, “Dünya susmasın gərək”, “Soyqırım”, “Şəhid Xocalı”, “Xocalı uşaqları”, “Terrorizm və qan çilənən torpaqlar”, “Hocalı soykırımı tanıkların dilinden”, “Ходжалы хроника геноцида”, “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth” və başqa kitablar nümayiş olunur. Sərgi vasitəsilə faciə ilə bağlı müxtəlif illərdə dövrü mətbuatda dərc edilmiş məqalələrə də keçid etmək mümkündür.

Virtual sərgi ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.