www.science.az
23.02.2021 10:30

Torpaqşünas alimin həmmüəllifi olduğu məqalə “Scopus”da indekslənən jurnalda dərc edilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, a.e.d. Mustafa Mustafayevin, qazaxıstanlı alimlər Zulfiya Tukenova, Mereke Alimzhanova və başqalarının həmmüəllifi olduğu “Pestisidlərin Cənub-Şərqi Qazaxıstandakı açıq şabalıdı torpaqlarının bioloji fəaliyyətinə təsiri” adlı məqalə “Scopus” bazasında indekslənən nüfuzlu “Journal of Water and Land Development” jurnalında dərc  olunub.

Məqalədə pestisidlərin torpaqların bioloji aktivliyinə təsiri, habelə bioloji aktivliyi azaldan diaqnostik göstəricilər yaratmaq məqsədi ilə Qazaxıstan Kənd Təsərrüfatı və Bitkiçilik Tədqiqat İnstitutu tərəfindən açıq şabalıdı torpaqların müasir vəziyyəti və onların ekoloji qiymətləndirilməsindən bəhs olunur. Tədqiqat Qazaxıstan Respublikasının cənub-şərqindəki açıq şabalıdı torpaqlarda payızlıq buğda bitkiləri altında torpaqların fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.