Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.01.2021 11:08
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq baş tutan iclası giriş sözü ilə müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, Attestasiya Komissiyasının sədri Məhəmməd Babanlı açıb, institut rəhbərliyinin əmri ilə 19 yanvar 2021-ci il tarixində komissiyanın yaradıldığını söyləyib. Qeyd edib ki, iclasda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantların il ərzində apardırları elmi-tədqiqat işlərinin hesabatları dinləniləcək. 

Sonra doktorant və dissertantlar çıxış edib, hesabatlar ətrafında müzakirələr aparılıb.

Sonda komissiya üzvləri tərəfindən doktorant və dissertantların fəaliyyəti qənaətbəxş hesab edilib, onlara müvafiq təklif və tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: