Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fəlsəfə və Sosiologiya İnstitutunun alimi beynəlxalq konfransda iştirak edib
21.01.2021 11:50
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun alimi beynəlxalq konfransda iştirak edib

Qazaxıstan Respublikasının Almatı şəhərində orta əsrin məşhur filosofu Əbu Nəsr əl-Fərabinin 1150 illiyinə həsr edilmiş beynəlxalq onlayn-konfrans keçirilib.

Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri f.e.d., professor Sakit Hüseynov da iştirak edib. Tədbirdə S.Hüseynov “Orta əsrlərin böyük mütəfəkkir filosofu Əbu Nəsr əl-Fərabi və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. O öz məruzəsində "Şərqin Aristoteli" adlandırılan Fərabi yaradıcılığını şərh edərək, onun əsərlərinin müsəlman şərqində geniş şəkildə yayıldığını vurğulayıb.

Qeyd edib ki, qədim Yunan fəlsəfəsinə, o cümlədən Aristotel fəlsəfəsinə dərindən bələd olan Fərabinin yaradıcılığı geniş bir sahəni əhatə edir. Əl-Fərabinin fəlsəfi ideyaları orta əsrlərdən indiyə qədər öz elmi əhəmiyyətini qoruduğuna görə yenə də öz aktuallığını saxlamaqdadır. Məruzə konfrans materiallarında nəşr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: